İsti havada beynimiz normal işləmirmiş Araşdırma


Digərləri 03 Ağu 2025 07:07:00 74 0

İsti havada beynimiz normal işləmirmiş  Araşdırma

İqlim dəyişikliyi nəticəsində istilik dalğalarının artması təkcə fiziki sağlamlığa deyil, həm də beyin fəaliyyətinə ciddi təsir göstərir.

Son.az xəbər verir ki, alimlərin fikrincə ekstremal istilər nevroloji xəstəlikləri daha da kəskinləşdirir, psixi vəziyyətə və qərarvermə qabiliyyətinə təsir edir.

BBC-nin məlumatına görə epilepsiya xəstəsi 13 yaşlı Ceyk yüksək temperaturda dəfələrlə qıcolmalar keçirib. O, nadir rast gəlinən Drave sindromundan əziyyət çəkir və isti hava bu xəstəliyin tutmalarını tezləşdirir.

Həkim Sanjay Sisodiya deyir ki, belə halların artması təkcə təsadüf deyil:

"Beyin orqanizmdəki istilik balansını tənzimləyən əsas mərkəzlərdən biridir və onun normal fəaliyyəti temperaturdan asılıdır".

Tədqiqatlara görə, epilepsiya, insult, migren, skleroz, ensefalit və digər nevroloji xəstəliklər isti havada daha ağır keçir. Məsələn, 2003-cü il Avropa istiləri zamanı artan ölüm hallarının 7 faizi bilavasitə nevroloji problemlərlə əlaqəli olub.

İstilik təkcə xəstə insanlara deyil, sağlam insanlara da təsir edir. Alimlər qeyd edir ki, beyin temperaturu cəmi 1°C artdıqda belə, sinir hüceyrələrinin işində pozulmalar baş verir. Bu isə yaddaş, diqqət və əhval-ruhiyyəyə təsir edir, insanları daha əsəbi və riskli qərarlar qəbul edən hala gətirə bilər.