Bu gün imtahan var
Digərləri 03 Ağu 2025 08:55:00 90 0
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən 18, 20, 24, 27, 29, 30, 73 və 75-ci komissiyaya aid abituriyentlər üçün Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirilir.
Bu haberi de oku: 5 günə 150 yumurta yedi bədəni BELƏ OLDU
Son.az xəbər verir ki, imtahan Bakı şəhərində DİM-in Elektron imtahanlar korpusunda və Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə elektron qaydada təşkil olunub.
DİM-dən bildirilib ki, Bakıda 111, Naxçıvanda isə 3 abituriyentin imtahanda iştirakı nəzərdə tutulur.
İmtahanda iştirakçılara 30 qapalı tipli test tapşırığı təqdim olunur. Onlardan 10-u musiqi nümunələrinin təyin edilməsinə, 20-si isə Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığına, müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasına həsr edilib. Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır.