Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi
Digərləri 03 Ağu 2025 23:58:00 103 0
Kanadanın Toronto şəhərində yaşayan Vətən müharibəsi iştirakçısı Sadiq Adıgözəlov vəfat edib.
Bu haberi de oku: Saat 10:00da işıq kəsiləcək Bu ərazilərdə
Son.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu haqda onun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar.
Bildirilir ki, Sadiq Vətən müharibəsində könüllü olaraq Kanadadan Azərbaycana gəlib və döyüşlərdə iştirak edib.
Ailəsi mərhumun cənazəsini Azərbaycana gətirmək istəyir. Lakin ailənin maddi gücü buna imkan vermir.
Mərhumun yaxınları onun cənazəsinin vətənə gətirilməsi üçün kömək istəyir.
Kaynak: milli.az