Tozlu hava nə vaxta kimi davam edəcək?
Digərləri 04 Ağu 2025 16:46:00 75 0
"Avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda cənub və Aran bölgəsi rayonlarında tozlu hava şəraiti müşahidə olunur".
Bu haberi de oku: Samir Oruc mətbuat katibi təyin olundu
Son.az xəbər verir ki, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.
"Hazırda havada tozun miqdarı normadan 1.1-1.4 dəfə artıqdır. Müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şərq, cənub-şərq küləkləri vasitəsilə ölkə ərazisinə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq üç gün ərzində davam edəcəyi gözlənilir", - o bildirib.
Kaynak: milli.az