Qəbələdə qadın turistlər qəzaya düşdü yaralılar var FOTO


Digərləri 04 Ağu 2025 18:55:00 60 0

Qəbələdə qadın turistlər qəzaya düşdü  yaralılar var  FOTO

Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb.

Son.az APA-ya istinadla bildirir ki, hadisə rayonun Laza kəndi istiqamətində qeydə alınıb.

İlkin məlumata görə, əcnəbi qadınların idarə etdiyi kvadrosikl başqa bir kvadrosikllə toqquşub.

Hadisə nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb.

Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxslərə zəruri tibbi yardım göstərilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.