Bəzi ölkələrdən Azərbaycana dəvə gətirilməsinə məhdudiyyət qoyuldu
Digərləri 04 Ağu 2025 15:41:00 62 0
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Şimali Makedoniyanın Cənub-Şərqi Statistik regionunda, Xorvatiyanın Splitsko-Dalmatinska kantonunda blutanq xəstəliyi, Bolqarıstanın Yambol vilayətində Nyukasl xəstəliyi, İspaniyanın Kastiliya-La Mança muxtar icmasında, Botsvananın Çobe dairəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bu haberi de oku: Bu valyutalar bahalaşdı
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumata əsasən, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, habelə onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı ilə bağlı ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.