Qonşu ölkədə xərçəngə qarşı ilk peyvənd BAŞLADI


Digərləri 03 Ağu 2025 09:54:00 62 0

Qonşu ölkədə xərçəngə qarşı ilk peyvənd BAŞLADI

Rusiya xərçəngə qarşı ilk peyvənd başlayıb.

Son.az xəbər verir ki, xərçəngə qarşı ilk peyvəndin eksperimental tətbiqinə başlanır. Bu barədə Rusiya mətbuatına Qamaleeya adına Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzinin direktoru, akademik Aleksandr Gintsburq məlumat verib.

Gintsburqun sözlərinə görə, Rusiyanın Səhiyyə Nazirliyi ilə razılaşdırılmış plana əsasən, neoantigenlərə əsaslanan xərçəng əleyhinə peyvənd ilkin mərhələdə melanoma (dəri xərçəngi) diaqnozu qoyulmuş məhdud sayda xəstələr üzərində sınaqdan keçiriləcək:

"Yaxın aylarda bu eksperimental vaksinoloji yanaşmanın tətbiqinə başlayacağıq. Hazırda yalnız istehsal mərhələsindəyik. Peyvəndləri biz hazırlayırıq, amma onları Herzen adına Onkologiya İnstitutuna və Bloxin adına Onkologiya Elmi Mərkəzinə çatdıracağıq".

Qeyd edilir ki, bu yeni peyvənd şəxsi immun cavab əsasında hazırlanır və hər bir xəstənin genetik xüsusiyyətlərinə uyğun olaraq fərdiləşdirilir. Yəni bu, klassik universal vaksinlərdən fərqli olaraq, xüsusi "neoantigenlərə" əsaslanan fərdi yanaşma ilə yaradılıb.