Qonağın güzgüyə baxması niyə bədbəxtlik gətirir? – Qədim inancın SİRRİ
Digərləri 03 Ağu 2025 02:02:00 91 0
Qədim inanclarda güzgü sirli və mistik əşya sayılıb. Onun təkcə insanın əksini göstərən bir vasitə olmadığı, eyni zamanda enerji daşıyıcısı və aləmlərarası qapı olduğu düşünülüb. Xüsusilə qonaq gedilən evlərdə güzgüyə baxmaq bir çox xalqların inanclarında xoş qarşılanmır.
Bu haberi de oku: Alparslan Bayraktardan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Son.az bu mövzu ilə bağlı maraqlı məlumatları sizlərə təqdim edir:
Bu inancın mənası nədir?
Əcdadlarımız inanırdı ki, evin güzgüsü yalnız o evin sahiblərinin enerjisini daşıyır. Kənar bir insan - yəni qonaq - həmin güzgüyə baxarsa, öz enerjisini güzgüdə qoyar və ev sahiblərinin şəxsi enerjisini pozar. Bu da evin hüzuruna, bərəkətinə və ailə üzvlərinin münasibətlərinə mənfi təsir edər.
Nələr ola bilər?
Evin enerjisi qarışar - Qonağın niyyəti pis olmasa belə, onun üzərində daşıdığı neqativ enerji güzgüdə qalaraq, evin pozitiv atmosferini poza bilər.
Evin sirri açılar - İnanca görə, evin enerjisi və sirrləri güzgülərə həkk olunur. Kənar bir göz bu sirrləri görə bilər.
Mübahisələrə səbəb olar - Qonağın baxdığı güzgü ailə üzvləri arasında gərginlik yarada bilər. Xüsusilə, evdə olan subay qız və ya oğlanın qismətinin bağlanacağına inanılır.
Qonağın niyyəti pisdirsə... - Əgər qonaq paxıl və ya bədnəzər sahibidirsə, bu pis enerji güzgü vasitəsilə evdə uzun müddət qala bilər.