Gənc qalmağın sirləri


Digərləri 02 Ağu 2025 16:00:00 51 0

Gənc qalmağın sirləri

Gənc və sağlam qalmaq hər kəsin arzusudur və bunun üçün həyat tərzində müəyyən dəyişikliklər etmək kifayətdir.

Son.az xəbər verir ki, mütəxəssislər gəncliyi qorumaq üçün aşağıdakı 10 vacib məsləhəti verirlər. İlk növbədə balanslı qidalanmaya diqqət etmək lazımdır, təzə tərəvəz və meyvələr, zülal və sağlam yağlar orqanizmi canlandırır.

Daimi fiziki aktivlik həftədə ən azı 3-4 dəfə idmanla məşğul olmaq həm bədənin, həm də ruhun gənc qalmasına kömək edir. Yuxu rejimini qorumaq önəmlidir, yetərincə dincəlmək bərpa prosesini sürətləndirir. Stressdən uzaq durmaq və müsbət düşüncə tərzini inkişaf etdirmək də gənc qalmağın açarlarından biridir. Qəhvə və alkoqolun məhdudlaşdırılması, siqaretdən imtina orqanizmin xərçəng və digər xəstəliklərə qarşı müqavimətini artırır. Günəşdən qorunmaq və dərini nəmləndirmək də önəmlidir, çünki günəş zərbələri dərinin vaxtından əvvəl qocalmasına səbəb olur. Sosial əlaqələr və hobbilərlə məşğul olmaq ruhi sağlamlığı yaxşılaşdırır. Daimi tibbi müayinələr də sağlamlığın qorunmasında vacib rol oynayır.

Bu sadə, lakin effektiv tövsiyələrə əməl etməklə hər kəs uzun müddət gənc və enerjili qala bilər.

Asya Son.az