Təyyarə hava burulğanına düşdü, 25 nəfər xəstəxanaya yerləşdirildi


Dünya 31 Tem 2025 10:50:00 101 0

Təyyarə hava burulğanına düşdü, 25 nəfər xəstəxanaya yerləşdirildi

ABŞ-də Havay istiqamətində hərəkət edən sərnişin təyyarəsi hava burulğanına düşüb, nəticədə 25 nəfər xəstəxanaya yerləşdirilib.

Son.az xəbər verir ki, hadisə "American Airlines" aviaşirkətinə məxsus Los-Ancelesdən Havaya gedən reys zamanı baş verib.

Təyyarə Honolulu hava limanına endikdən sonra xəsarət alan sərnişinlər və ekipaj üzvləri dərhal xəstəxanaya aparılıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.