Tarixin ən güclü zəlzələləri bu ərazidə olub
Dünya 31 Tem 2025 15:42:00 112 0
Kamçatkadakı zəlzələ dünyanın ən güclü altı yeraltı təkanından biri ola bilər.
Bu haberi de oku: ABŞ prezidentinin xüsusi nümayəndəsi Qəzzada
Son.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Bəs ən güclü zəlzələlər harada olub?
Ən güclü zəlzələ 1960-cı ildə Çilidə 9,5 bal ilə qeydə alınıb və sunami nəticəsində 5700-dən çox insan həlak olub. 1964-cü ildə Alyaskada 9,2 bal gücündə zəlzələ 139 insanın ölümünə səbəb olub. 2004-cü ildə Sumatranı silkələyən 9,1 bal gücündə zəlzələ isə 230 mindən çox insanın həyatına son qoyub və bölgədə böyük maddi zərər yaradıb. 2011-ci ilin Yaponiyada baş verən 9,1 bal gücündə zəlzələ isə Fukusima AES-də qəza ilə nəticələnib, 18 min nəfər həyatını itirib. 1952-ci ildə Kamçatkadakı 9 ballıq zəlzələ isə tarixdə beşinci ən güclü yeraltı təkan olaraq qalır.