Bu ölkənin baş naziri qardaşı arvadına görə istefa verdi


Dünya 01 Ağu 2025 08:48:00 94 0

Bu ölkənin baş naziri qardaşı arvadına görə istefa verdi

Litvaniyanın Baş naziri Gintautas Paluckas, ailəsi ilə bağlı şirkətlər üzərindən aparılan korrupsiya istintaqı səbəbilə vəzifəsindən istefa verib. Məlum olub ki, qardaşının həyat yoldaşına məxsus bir şirkət, Avropa İttifaqı dəstəyi ilə Paluckasa məxsus başqa bir firmadan batareya sistemləri alıb.

Litvaniya Prezidenti Gitanas Nauseda, jurnalistlərə verdiyi açıqlamada, "Paluckas bu səhər mənə zəng etdi və istefa verdiyini bildirdi" - deyə açıqlayıb. Gintautas Paluckas məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyib. Lakin məlumata görə, onun istefası ailəsinə məxsus şirkətlərdə aşkar edilən maliyyə pozuntuları və korrupsiya istintaqı ilə əlaqədardır.

Gintautas Paluckasın yalnız Baş nazirlikdən deyil, həm də Litva Sosial Demokrat Partiyasının sədri vəzifəsindən istefa verəcəyi bildirilib. Partiya rəhbərliyinə isə keçmiş İqtisadiyyat və İnnovasiya naziri Mindaugas Sinkeviciusun keçəcəyi gözlənilir.