İnsan alverçilərinin yeni üsulu: Çinli qadınları Almaniyaya necə gətirirlər?


Dünya 31 Tem 2025 01:01:00 97 0

İnsan alverçilərinin yeni üsulu: Çinli qadınları Almaniyaya necə gətirirlər?

Almaniyada dərc olunan yeni hesabatda çinli qadınların qeyri-qanuni yollarla Avropaya gətirilərək fahişəliyə cəlb edildiyi üzə çıxarılıb. 

Son.az xəbər verir ki, Federal Cinayət İdarəsi (BKA) və Federal Polisin hazırladığı "2024 Qaçaqmalçılıq Cinayətləri Hesabatı"na əsasən, son bir il ərzində xüsusilə çinli qadınların hədəf alındığı yeni bir insan alveri metodu yayılmağa başlayıb.

Cinayətkar qruplar çinli qadınları əsasən Avopa İttifaqı ölkələrindən əldə edilən saxta sənədlərlə Almaniyaya gətirirlər. Bu sənədlər yaşamaq üçün keçərli olsa da, iş icazəsi vermir. Bəziləri isə viza rejimi olmayan Balkan ölkələri kimi bölgələrdən gəlir. Yerli vasitəçilər Almaniyaya keçidi bu ölkələrdən təşkil edirlər.

Almaniyaya çatan qadınlar "müddətli ofislər" adlandırılan və gündəlik fahişəlik xidməti göstərilən evlərə yerləşdirilir. Şəbəkələrlə əlaqə şifrlənmiş mesajlaşma qrupları vasitəsilə qurulur. Qadınların adətən çinli olan "işəgötürənlərlə" guya razılaşma əsasında çalışdıqları təqdim olunur.