Keçmişdən bu günə fəlakətin xəritəsi: Tarixdə qeydə alınmış ən böyük 10 zəlzələ


Dünya 30 Tem 2025 22:23:00 112 0

Keçmişdən bu günə fəlakətin xəritəsi: Tarixdə qeydə alınmış ən böyük 10 zəlzələ

Rusiya Federasiyasının şərqində yerləşən Kamçatka yarımadası sahillərində baş verən 8,8 bal gücündə zəlzələ dünya seysmoloji tarixində önəmli bir yerə sahib oldu. Bu zəlzələ, indiyədək qeydə alınan ən güclü 6-cı zəlzələ kimi tarixə düşdü. Bəs indiyədək hansı zəlzələlər daha güclü olub və hansı dağıntılara səbəb olublar?

Son.az xəbər verir ki, Yer kürəsi tarix boyu saysız-hesabsız zəlzələ ilə silkələnib. Bəziləri dəqiqələrlə davam edib, bəziləri isə qitələrin formasını dəyişib. Aşağıda qeydə alınmış ən böyük 10 zəlzələ və onların yaratdığı nəticələr təqdim edirik:

1. Çili, Valdivia - 22 may 1960-cı il Gücü: 9,5 bal Müddət: Təxminən 10 dəqiqə Təsir: Tarixdəki ən güclü zəlzələ. Sunami bütün Sakit okeanı əhatə edib. 1655 nəfər ölüb, 2 milyon insan evsiz qalıb.

2. ABŞ, Alyaska - 28 mart 1964-ci il Gücü: 9,2 bal Təsir: ABŞ tarixinin ən güclü zəlzələsi. Sunami Kaliforniya və Oreqon sahillərini də vurub. 131 nəfər həlak olub.

3. İndoneziya, Sumatra - 26 dekabr 2004-ci il Gücü: 9,1 bal Təsir: 14 ölkəni əhatə edən sunami dalğaları 30 metrə çatıb. 227 mindən çox insan həyatını itirib.

4. Yaponiya, Sendai - 11 mart 2011-ci il Gücü: 9,0 bal Təsir: Fukuşima Nüvə Elektrik Stansiyası zərər görüb. 19.759 nəfər öldü, 2500-dən çox insan itkin düşüb.

5. Rusiya, Kuril adaları - 4 noyabr 1952-ci il Gücü: 9,0 bal Ətraflı Təsir: Sunami minlərlə kilometr uzaqlıqdakı Havay sahillərinə çatıb. Təxminən 2300 nəfər ölüb.

6. Rusiya, Kamçatka - 29 iyul 2025-ci il Gücü: 8,8 bal Təsir: Sakit okean boyunca sunami xəbərdarlığı verilib. Yaponiya, ABŞ və Havayda təxliyələr aparılıb.