Keçmiş prezidentə 12 il ev dustaqlığı cəzası verildi


Dünya 02 Ağu 2025 08:08:00 58 0

Keçmiş prezidentə 12 il ev dustaqlığı cəzası verildi

Perunun keçmiş prezidenti Pedro Pablo Kuçinskiyə 12 il müddətinə ev dustaqlığı cəzası verilib.

Son.az xəbər verir ki, bu barədə "Telesur" telekanalı məlumat yayıb.

Məhkəmə qərarı sabiq dövlət başçısının prezidentliyi dövründə Braziliyanın "Odebrecht" şirkətindən rüşvət alması ilə bağlı cinayət işi çərçivəsində verilib. İttiham tərəfi onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət müqavilələrinin bağlanmasına təsir etdiyini bildirir.