Kamçatkada yenidən zəlzələ oldu


Dünya 30 Tem 2025 20:54:00 83 0

Kamçatkada yenidən zəlzələ oldu

20:54

Rusiyanın Kamçatka diyarında 6.5 maqnitudalı yeni zəlzələ baş verib.

Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, yeraltı təkanlar Severo-Kurilsk şəhərindən 178 km aralıda qeydə alınıb.

Zəlzələnin episentri yerin 68 km dərinliyində yerləşib.

Eyni zamanda, Ekvadora məxsus Qalapaqos adalarında sunami təhlükəsi səbəbindən qabaqlayıcı təxliyəyə başlanılıb.

Qeyd olunub ki, bölgədə sunami dalğalarının hündürlüyü təqribən 1.4 metrə çata bilər.

-------- 09:02 Rusiyanın Severo-Kurilsk şəhərində 1952-ci ildən bəri qeydə alınan ən güclü zəlzələ baş verib.

Trend xəbər verir ki, bölgədə sunami təhlükəsi elan olunub və əhali təxliyə edilir.