Rusiyada sunami liman su altında qaldı
Dünya 30 Tem 2025 11:45:00 100 0
Rusiyanın Kamçatka bölgəsində baş verən güclü zəlzələ sunami ilə nəticələnib.
Bu haberi de oku: Portuqaliya Prezidenti ümumi çimərlikdə belə görüntüləndi
Son.az xəbər verir ki, zəlzələdən sonra üç sunami dalğası Kuril adalarındakı Paramuşir sahilinə, xüsusilə Severo-Kurilsk sahil zonasında çırpılıb. Ən dağıdıcı zərbəni sonuncu dalğa vurub.
Saxalin vilayətinin Severo-Kurilsk bələdiyyə dairəsinin rəhbəri Aleksandr Ovsyannikovun sözlərinə görə, ilk sunami dalğası təxminən 200 metr hündürlüyündə olub. "Bundan sonra daha iki dalğa gəldi - ikinci zəif idi, lakin üçüncü daha güclü və enerjili oldu. Gəmiləri sahilə atdı, liman infrastrukturuna ciddi ziyan dəydi", - deyə o bildirib.
Fövqəladə Hallar Nazirliyi məlumat verib ki, Severo-Kurilsk limanı tamamilə su altında qalıb. Dəniz suyu Alaid balıqçılıq müəssisəsinə də daxil olub. Sunami təhlükəsi aradan qalxana qədər şəhər sakinləri təhlükəsiz əraziyə - yüksək təpəyə təxliyə ediliblər. Şəhərdə həyəcan siqnalı verilib.
Kənan Son.az