Dənizə belə girmək iflic edə bilər


Digərləri 19 Tem 2025 17:49:00 88 0

Dənizə belə girmək iflic edə bilər

Yayın ən xoş anları bir yanlış hərəkətlə kabusa çevrilə bilər. Soyumaq üçün suya düşüncəsiz şəkildə "balıqlama tullanmaq" onurğa sınıqları və ifliclə nəticələnə biləcək ciddi risklər yaradır.

Son.az bununla bağlı məlumatları təqdim edir:

Yayda sərinləmək üçün suya girmək əyləncəli görünsə də, böyük təhlükələr daşıyır. Xüsusilə dayaz sularda balıqlama tullanmaq, onurğa sınıqları və ifliclə nəticələnə bilər. Bu cür ciddi travmaların yay aylarında nəzərəçarpacaq dərəcədə artdığına diqqət çəkir. Xüsusilə gənclərin nümayiş məqsədilə yüksəkdən balıqlama tullanmasının ciddi risklər daşıyır. "Yay gələndə göl, dəniz və hovuzlar sərinləmək üçün seçilir, amma bir anlıq ehtiyatsızlıq bütün həyatı dəyişə bilər". Dərinliyi və ya dibi məlum olmayan sularda balıqlama tullanmaq onurğa sınıqlarına, onurilik zədələnmələrinə və iflicə səbəb ola bilər. Əgər nəfəs almağı təmin edən diafraqma siniri də zədələnərsə, bu zaman həyati təhlükə belə yarana bilər.

Tanınmayan sularda balıqlama tullanmanın ən böyük təhlükəsi başın sərt dibə çırpılmasıdır. Bu, boyun onurğasında sınıqlara və onurilik zədələnməsinə səbəb ola bilər.