Türkiyədə ağır qəza: Ölən və yaralananlar var
Digərləri 21 Tem 2025 00:43:00 80 0
Türkiyədə Ağrıdan İzmirə hərəkət edən sərnişin avtobusu, yağış səbəbindən sürüşkən hala gələn yolda idarəetmədən çıxıb.
Bu haberi de oku: Dövlət qulluğuna qəbul imtahanı keçirilir
Yolun sağ tərəfindəki yamaca çırpıldıqdan sonra nəzarətdən çıxan avtobus aşıb və bir neçə metr sürüşdükdən sonra yenidən öz-özünə təkərləri üzərində dayanıb. Hadisə yerinə dərhal çoxsaylı təcili tibbi yardım və xilasedici qruplar cəlb olunub.
Qəza zamanı həyatını itirən 4 nəfərin kimliyi müəyyən edilib. Hadisə yerində Selime Bazan (54), Gülay Aydın (22) və Muteber Duran (54) həlak olub, Yusuf Tanrıkulu (21) isə xəstəxanada vəfat edib.
Kaynak: milli.az