Dövlət qulluğuna qəbul imtahanı keçirilir
Digərləri 20 Tem 2025 14:35:00 74 0
İyulun 20-də Dövlət İmtahan Mərkəzi Bakı və Naxçıvan şəhərlərində dövlət qulluğu vəzifələrinin A və B növünə aid vəzifə qrupları üzrə test imtahanı keçirir.
Bu haberi de oku: Azərbaycanda müəllimləri sevindirəcək xəbər
DİM-dən Son.az-a istinadən verdiyi xəbərə görə, imtahanlar saat 11:00 və 16:00 olmaqla iki növbədə kompüterlər vasitəsilə 3 saat müddətində aparılır. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına da yerləşdiriləcək.
İmtahanda ümumilikdə 1648 nəfərin iştirakı nəzərdə tutulur.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün iyulun 21-dən avqustun 1-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
• ali təhsil haqqında sənədin surəti;