Kiçik uşaqla çimərliyə getmək təhlükəli ola bilər


Digərləri 21 Tem 2025 06:06:00 79 0

Kiçik uşaqla çimərliyə getmək təhlükəli ola bilər

Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin uşaq xəstəlikləri kafedrasının dosenti Aleksandr Batrakov bildirib ki, həyatının ilk ilində olan uşaqlarla çimərliyə getmək onların sağlamlığı üçün təhlükəli ola bilər.

Son.az xəbər verir ki, onun sözlərinə görə, bu yaşda uşaqların dərisi birbaşa günəş şüalarına qarşı çox həssasdır. Çünki dərinin piqment əmələ gətirmə funksiyası tam formalaşmayıb. Buna görə körpələrin yalnız dolayısı günəş işığında olması tövsiyə olunur. Günəş yanığı riski səbəbindən birbaşa günəş şüasından uzaq durmaq lazımdır.

Həkim əlavə edib ki, günəşdən qoruyucu kremlər faydalı ola bilər, amma çimərliyə getməzdən əvvəl evdə sınaqdan keçirilməli və məhsulun istifadə müddəti yoxlanmalıdır. Qum və su ilə təmasdan sonra isə bu vasitələr yenidən tətbiq olunmalıdır.