Paşinyan etiraz yürüşü keçirməyə hazırlaşır
Digərləri 21 Tem 2025 15:12:00 67 0
Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfdarlarını Eçmiədzin şəhərinin mərkəzində keçiriləcək "mənəvi toplantıya" hazır olmağa çağırıb. Bu çağırış katolikos II Qareginin iqamətgahı olan Ana Taxtın yerləşdiyi ərazidə gərginliyin artacağına dair narahatlıqları artırıb.
Bu haberi de oku: Aeroport yolundakı ağır qəzanın
Məlumata görə, Paşinyan iyulun 22-də Eçmiədzində yerləşən katolikosun iqamətgahına doğru yürüş keçirməyi planlaşdırır.
Son.az xəbər ki,"Hraparak" nəşrinin hökumətə yaxın mənbələrə istinadla verdiyi məlumata əsasən, bu aksiya Paşinyanın şəxsi təşəbbüsü ilə hazırlanıb və onun ssenarisi aparat rəhbəri Araik Arutyunyanla razılaşdırılıb.
Yürüşə Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasının üzvləri və tərəfdarları cəlb ediləcək. Eyni zamanda, aksiya zamanı təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi və din xadimlərindən mümkün müqavimətin qarşısının alınması üçün mülki geyimli polis və xüsusi xidmət orqanlarının da prosesə cəlb ediləcəyi bildirilib.