Bu rayonda qaz olmayacaq
Digərləri 21 Tem 2025 21:10:00 71 0
Şəki rayonunun bir hissəsində qaz təchizatının verilişində fasilə yaranacaq.
Bu haberi de oku: Sumqayıtdakı yanğında 17 nəfər tüstüdən zəhərləndi SİYAHI
Son.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi (RQİİ) məlumat yayıb.
Bildirilib ki, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində Şəki rayonu Köhnə Çələbixan qəsəbəsi, Daşüz, Qudula, Şorsu, Cumakənd kəndlərini təbii qazla təmin edən daşıyıcı ortatəzyiqli qaz kəmərlərinin kipliyə sınaq olunması məqsədilə 24.07.2025-ci il tarixdə saat 9:30-dan işlər yekunlaşanadək Köhnə Çələbixan qəsəbəsi, Daşüz, Qudula, Şorsu, Cumakənd kəndlərində cəmi 1 474 əhali abonentinin və 6 qeyri-əhali abonentinin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.