Rusiyada ardarda güclü zəlzələlər oldu


Digərləri 21 Tem 2025 23:54:00 77 0

Rusiyada ardarda güclü zəlzələlər oldu

Rusiyanın Kamçatka vilayətində ardıcıl zəlzələlər qeydə alınıb.

Son.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Məlumata görə, cəmi 45 dəqiqə ərzində bölgədə 5 yeraltı təkan baş verib.

Zəlzələlərin ən güclüsü 5,3 bal, ən zəifi isə 4,8 bal gücündə olub.