Qəzaların baş verdiyi yolayrıcında yeni svetoforlar quraşdırıldı


Digərləri 21 Tem 2025 10:12:00 76 0

Qəzaların baş verdiyi yolayrıcında yeni svetoforlar quraşdırıldı

Sürücülərin nizamlanmayan yolayrıcı qaydalarına əməl etmədiyi və qəzaların baş verdiyi yolayrıcında yeni svetoforlar quraşdırılıb.

Son.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları paytaxtın Nəsimi rayonu, Fikrət Əmirov və 28 May küçələrinin kəsişməsində monitorinq keçiriblər. Tədbirlər zamanı qeyd olunan nizamlanmayan yolayrıcında qəzaların baş verdiyi, nəqliyyat sıxlığının və piyadalar üçün təhlükəli vəziyyətin yarandığı nəzərə alınaraq yolda yeni nəqliyyat svetoforları quraşdırılıb. LED işıqlandırma ilə təchiz olunan svetoforlarda piyada bölmələri də istifadəyə verilib. Bununla da mövcud problem aradan qalxıb.