İlin birinci yarısında neçə nəfərə əmək pensiyası təyin edilib?


Digərləri 21 Tem 2025 17:47:00 89 0

İlin birinci yarısında neçə nəfərə əmək pensiyası təyin edilib?

2025-ci ilin yanvar-iyun ayları ərzində 33 min nəfərdən çox şəxsə əmək pensiyası təyin edilib.

Son.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, onların 16,8 mindən çoxu qadın, 16,3 mindən çoxu isə kişi olub.

2024-cü ilin ilk 6 ayında 32 mindən çox şəxsə əmək pensiyası təyin edilib. Onların 18 mindən çoxu qadın, 14 mini isə kişi olub.

2025-ci ilin iyun ayında 4 818 nəfərə əmək pensiyası təyin edilib. Onların 2 500-dən çoxu qadın, 2 300-dən çoxu isə kişi olub.

2025-ci ilin 1 iyul tarixinə olan məlumata əsasən, 1 103 000-dən çox şəxs əmək pensiyası alır. Onların 617 mindən çoxu qadın, 485 mindən çoxu isə kişidir.

Dövlət Statistika Komitəsindən Trend-i sorğusuna cavabda bildirilib ki, illər üzrə ilk dəfə pensiya təyin olunan şəxslər və pensiyaçıların sayı aşağıdakı kimi olub: