Bakıda gənc motosiklet qəzasında öldü, sürücü ayaqlarını itirdi


Digərləri 21 Tem 2025 19:40:00 66 0

Bakıda gənc motosiklet qəzasında öldü, sürücü ayaqlarını itirdi

Paytaxtın Səbail rayonu Bibiheybət qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Avtosfer.az-a istinadən xəbər verir ki, qəza iyulun 20-də gecə saatlarında qeydə alınıb.

Belə ki, hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq aşıb.

Şahidlərin sözlərinə əsasən, qəzaya səbəb sürücünün işıqforun qırmızı işığında hərəkət etməsi olub. Hadisə zamanı sükanı buraxan sürücü qadın sərnişinlə birgə yola yıxılıb. Bir müddət öz-özünə hərəkət edən motosiklet daha sonra dəmir maneəyə çırpılaraq aşıb.