Azərbaycandakı şəkərli diabet xəstələrinin sayı açıqlandı


Digərləri 20 Tem 2025 12:40:00 72 0

Azərbaycandakı şəkərli diabet xəstələrinin sayı açıqlandı

2024-cü ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan şəkərli diabet xəstələrinin sayı 33 533 nəfər olub.

Bu barədə Son.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, onlardan 1 134-ü insulindən asılı, 32 399-u isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.

Həmçinin, 2024-cü ildə tibb müəssisələrində qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 423 523 nəfər olub.

Onlardan 39 211-i insulindən asılı, 384 312-si isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.