Bu ərazilərdə işıq olmayacaq


Digərləri 21 Tem 2025 00:42:00 72 0

Bu ərazilərdə işıq olmayacaq

Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərini əhatə edən 110 kV-luq "Cəlilabad" hava xəttində iyulun 21-də təmir işləri aparılacaq.

Son.az xəbər verir ki, bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək Biləsuvarın Ağalıkənd, Amankənd, Dərvişli, Ovçubərə, Təzəkənd, Yuxarı Cürəli, Cəlilabadın Alar, Günəşli, Sabirabad kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.