Xəzər TVyə xəbərdarlıq edildi
Digərləri 18 Tem 2025 15:51:00 68 0
Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.
Bu haberi de oku: Bu günün valyuta məzənnələri
Şuradan Son.az-a verilən xəbərə görə, Xəzər TV televiziya kanalının efirində 16 iyul 2025-ci il tarixdə yayımlanan "Qonaqcanlı" proqramı zamanı səsləndirilən fikirlər müzakirə olunub.
Qeyd olunan proqramda kişi-qadın münasibətləri mövzusunda müzakirələr zamanı aparıcının "Evdə kimin səsi zildən çıxmalıdır? Kişinin yoxsa qadının?" sualına qonaq "Kişinin səsi zil çıxmalıdır da. Azərbaycan ailəsidir. Bilirsiniz, o yerdə ki, qadın idarəçiliyi var, orda mənə elə gəlir k, din-bərəkət yoxdur. Onu gərək xanımlar özləri bilələr ki, Allah kişini üstün yaradıb. Bunu yaradan o cür yaradıb. Yəni ona görə qadın... Evdə əlbəttə, kişinin səsi olmalıdır. Əgər o kişidirsə..." məzmunda cavab verib.
Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi ayrıseçkiliyin təbliği kimi qeydə alınıb, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.