Sabahdan “Sea Breeze”ə avtobus açılır Gedişhaqqı məlum oldu
Digərləri 18 Tem 2025 17:13:00 69 0
"Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır.
Bu haberi de oku: 5 yaşlı Xocalı qurbanının məzarı açıldı
Son.az AYNA-ya istinadən xəbər verir ki, yay günlərində paytaxtdan ətraf qəsəbələrə, o cümlədən çimərlik ərazilərinə sərnişin axınının artmasını nəzərə alaraq iyulun 19-dan "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini "Sea Breeze" istirahət mərkəzi ilə əlaqələndirən yeni 150E ekspres marşrutu fəaliyyətə başlayacaq.
Həftənin şənbə və bazar günləri "Koroğlu" metrostansiyasının cənub çıxışından ("Piramida" tərəf) başlanğıcını götürən avtobusların marşrut boyu bir neçə aralıq məntəqədə dayanması təmin ediləcək.
Marşrut "BakuBus" MMC tərəfindən istismar ediləcək və xətt üzrə müasir böyüktutumlu avtobuslar sərnişinlərə saat 07:00-dan 22:00-dək 30 dəqiqə intervalla xidmət göstərəcək.