“Hyundai Accent” “Gelandewagen”i aşırdı
Digərləri 18 Tem 2025 17:08:00 76 0
Bu gün paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu haberi de oku: Bakının bu hissəsində işıq olmayacaq
Son.az avtosfer.az-a istinadən xəbər verir ki, hərəkətdə olan "Hyundai Accent" markalı avtomobil 90-HO-500 dövlət nömrə nişanlı "Mercedes Gelandewagen" markalı avtomobillə toqquşub.
Şahidlərin iddiasına əsasən, qəzaya səbəb "Gelandewagen" sürücüsünün yolayırıcının keçilməsi qaydasını pozması olub.
Nəticədə "Hyundai"ya çırpılan maşın zərbənin təsirindən aşıb. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə və yol infrastrukturuna maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.