Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət edib


Digərləri 18 Tem 2025 18:35:00 77 0

Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Məlhəm Hospital"ı ziyarət edib.

Son.az xəbər verir ki, ziyarətə tam avtomatlaşdırılmış, müasir standartlara cavab verən laboratoriya bölməsindən başlayan Leyla Əliyeva daha sonra Təcili Yardım Şöbəsinin fəaliyyəti ilə tanış olub. O, burada göstərilən xidmətlərin keyfiyyəti və operativliyi ilə maraqlanıb, həkimlərlə görüşüb.

Ziyarət zamanı Leyla Əliyeva radiologiya şöbəsində də olub. Ona burada istifadəyə verilmiş son nəsil tomosintezli mammoqrafiya cihazı barədə ətraflı məlumat verilib. Bildirilib ki, beynəlxalq tədqiqatlara əsasən, 2031-ci ilə qədər hər 8 qadından birində süd vəzi xərçəngi riski ola bilər. Məhz bu səbəbdən "Məlhəm Hospital" tərəfindən ölkəyə qabaqcıl tibbi avadanlıqlar gətirilib və xəstəliklərin erkən mərhələdə aşkarlanmasına xüsusi önəm verilir.