Ramin İsayevin 15 il həbsi istənilir


Digərləri 18 Tem 2025 22:28:00 105 0

Ramin İsayevin 15 il həbsi istənilir

"SOCAR-AQŞ" MMC-nin 54 milyonluq mənimsəmədə ittiham olunan keçmiş baş direktoru Ramin İsayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı yekun çıxış edib.

Prokuror bildirib ki, Ramin İsayevə xüsusilə külli miqdarda mənimsəmə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma maddələri ilə verilmiş ittihamlar məhkəmə istintaqı ilə təsdiqini tapıb. Bu əsasla ona qeyd olunan maddələrin sanksiyasının yuxarı həddindən cəza təyin edilməli, konkret olaraq 15 il müddətinə azadlıqdan məhrum edilməlidir. 

Bundan əlavə, İsayevin üzərinə həbs qoyulmuş çoxsaylı əmlaklarının da müsadirə olunması istənilib.