Bu il 3cü qrupda bəzi ixtisaslara qəbul balları arta bilər


Digərləri 19 Tem 2025 00:28:00 74 0

Bu il 3cü qrupda bəzi ixtisaslara qəbul balları arta bilər

Bu il 3-cü qrupda bəzi ixtisasların balında artım olacağı gözlənilir.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, ötən gün Dövlət İmtahan Mərkəzi  II və III ixtisas qrupları üzrə blok imtahanının 2-ci cəhd  nəticəsini elan edib. Nəticələrə əsasən 2-ci ixtisas qrupunda bir nəfər maksimal 388.3, daha bir nəfər isə 3-cü ixtisas qrupunda 397 bal toplayıb.

Bəs 2-ci və 3-cü qruplarda hansı ixtisasların ballarında artım gözlənilir? Təhsil eksperti Rizvan Fikrətoğlu bildirir ki, 2-ci ixtisas qrupunda ballarda artım gözlənilməsə də, 3-cü ixtissas qrupunda müəyyən ixtisaslarda ballar arta bilər.

Təhsil eksperti onu da bildirir ki, bu il universitetlərdə əlavə plan yerinin artırıldığını nəzərə alsaq, ötənilki kimi gərgin ixtisas seçimi olmayacaq. Sadəcə abituriyentlərin daha çox üstünıük verdiyi müəyyən ixtisaslarda hər il olduğu kimi ballarda dəyişiklik olacaq.