Qubada yük və minik maşınları toqquşdu Yaralananlar var
Digərləri 18 Tem 2025 13:27:00 85 0
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Bu haberi de oku: 2 yeni milli park yaradılır Baş nazir tapşırıq verdi
Son.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "ВАЗ" markalı minik avtomobili ilə "КамАЗ" markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılı vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşlar müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.