Bakının mərkəzində avtomobil yandı Sürücü yanğını özü söndürdü


Digərləri 18 Tem 2025 15:00:00 79 0

Bakının mərkəzində avtomobil yandı  Sürücü yanğını özü söndürdü

Bakının mərkəzində qeydə alınan yanğın hadisəsi diqqət çəkib.

Hadisə şahidlərinin Son.az-a verdiyi məlumata görə, hərəkətdə olan avtomobil qəfildən alışmağa başlayıb.

Sürücü vəziyyəti vaxtında hiss edərək avtomobili dərhal saxlayıb və yanğını özü söndürməyə müvəffəq olub.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik bilinmir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, avtomobilə ilkin baxış keçirilib.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Kənan Son.az