Həyat yoldaşını aldadan məşhur şirkət rəhbəri üzr istədi YENİLƏNİB
Digərləri 18 Tem 2025 15:24:00 67 0
15:24
Bu haberi de oku: Bakı aeroportunda əməliyyat: brilyant qaşlar aşkar edildi
"Astronomer" IT şirkətinin rəhbəri Endi Bayron "Coldplay" konsertində baş verən hadisəyə görə həyat yoldaşı, ailəsi və kollektivindən üzr istəyib.
Son.az xəbər verir ki, "İnternetdə yayılan həmin anı və bunun yaratdığı məyusluğu etiraf etmək istəyirəm. Həyat yoldaşımdan, ailəmdən və "Astronomer"dəki komandamdan səmimi qəlbdən üzr istəyirəm. Siz bir tərəfdaş, bir ata və bir lider olaraq məndən daha yaxşısına layiqsiniz. Özümə zaman ayırıram - düşünmək, məsuliyyəti üzərimə götürmək və növbəti addımları müəyyənləşdirmək üçün", - deyə o, açıqlamasında bildirib.
Xatırladaq ki, Bayron 50 yaşlı Meqan Kerriqan Bayronla evlidir. Onun xəyanət yaşadığı qadın isə -şirkətin HR rəhbəri Kristin Kebot da evlidir.
12:01
ABŞ-nin Boston şəhərində keçirilən konsertdə qalmaqallı an yaşanıb.
Son.az xəbər verir ki, canlı yayım kamerasına sarma-dolaş olan cütlük, böyük ekranda özlərini görən kimi təşvişə düşərək qaçmağa çalışıb.
Canlı yayım kamerasına yaxalandılar
Tamaşaçılar arasından qucaqlaşaraq səhnəni izləyən cütlük konsertin canlı yayım kamerasına düşüb. Qrupun solisti Kris Martin "Baxın bu ikisinə, nə qədər şirindilər" deyərək onlara diqqət çəkib.