Tramp "CocaCola"nın tərkibini dəyişdirir: Görün nə əlavə etdirir


Dünya 17 Tem 2025 23:02:00 80 0

Tramp "CocaCola"nın tərkibini dəyişdirir: Görün nə əlavə etdirir

Dünyada "Coca-Cola" pərəstişkarı kimi tanınan prezident Donald Tramp ABŞ-da satılan bu içkiyə əsl qamış şəkərinin qaytarılması ilə bağlı şirkətlə danışıqlar apardığını bildirib.

Son.az xəbər verir k, Tramp bu barədə "Truth" sosial platformasında yazıb.

"Mən "Coca-Cola" ilə qamış şəkərindən istifadə etmək barədə danışdım və onlar razılaşdılar. Bu qərarı verən hər kəsə təşəkkür etmək istəyirəm. Bu, onlar tərəfində çox yaxşı addım olacaq - özünüz görəcəksiniz. Bu, sadəcə olaraq daha yaxşıdır!", - deyə Tram qeyd edib.

"Prezident Trampın "Coca-Cola" brendimizə olan həvəsini yüksək qiymətləndiririk. "Coca-Cola" seriyasındakı yeni innovativ məhsullar haqqında təfərrüatlar tezliklə açıqlanacaq", - deyə şirkət bildirib. (Publika.az)