Simonyan arvadını boşadı – Onunla xəyanət edib
Dünya 17 Tem 2025 15:36:00 72 0
Ermənistan parlamentinin spikeri Alen Simonyan həyat yoldaşından boşanıb.
Bu haberi de oku: İsraillə Suriya arasında savaşa səbəb olan müsəlman Druzlar kimlərdir?
Son.az xəbər verir ki, bu barədə məlumatı "Sputnik Ermənistan" yayıb.
Ermənistan Milli Məclisinin sədri Alen Simonyan həyat yoldaşı Mariam Marqaryan ilə rəsmi olaraq boşanıb.
Bildirilir ki, cütlük bir neçə ay əvvəl boşanma ərizəsi təqdim edib və artıq proses rəsmən başa çatıb.
Simonyan boşanma xəbərini təsdiqləyib və baş verənlərdən peşman olduğunu bildirib. Onun sözlərinə görə, bu qərar qarşılıqlı razılıq əsasında verilib və tərəflər sivil şəkildə ayrılıblar.
Nəşrin məlumatına əsasən, parlament sədri hazırda yaxın dostunun qızı, 25 yaşlı model Anelya Qubryan ilə münasibət yaşayır.
Simonyan bu şəxsi münasibətləri ilə bağlı ictimai şərh verməyib.
Fidan Son.az