Bu ölkədə ərzaq mağazalarında siqaretin satışını QADAĞAN EDİLDİ
Dünya 17 Tem 2025 11:19:00 65 0
Səudiyyə Ərəbistanının Bələdiyyələr və Mənzil Təsərrüfatı Nazirliyi ölkə ərazisindəki köşklərdə və ərzaq mağazalarında tütün məmulatlarının satışını qadağan edib.
Bu haberi de oku: Fransa ordusu Senegalı tərk etdi
Son.az xəbər verir ki, bu qərar ərzaq təhlükəsizliyi standartlarının artırılması və ictimai sağlamlığın qorunması məqsədi daşıyır.
Qadağa bütün növ adi və elektron siqaretləri, qəlyan və digər tütün məhsullarını əhatə edir. Satış yalnız bu məhsullar üçün xüsusi lisenziyası olan yerlərə icazə veriləcək. Yeni qaydalara əsasən, tütün məhsulları yalnız qapalı şkaflarda saxlanmalı və 18 yaşdan kiçik şəxslərə satışı qəti şəkildə qadağandır.
Kaynak: milli.az