Bakıda bu məşhur bazarın adı dəyişdi


Digərləri 17 Tem 2025 16:58:00 81 0

Bakıda bu məşhur bazarın adı dəyişdi

Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi"nin adı dəyişdirilib.

Son.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bazar "Riko Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəçiliyinə verilib.

Ticarət Mərkəzi artıq bir müddətdir ki, fəaliyyətini "Riko" adı ilə davam etdirməyə başlayıb.

Qeyd edək ki, "Riko Group" 2023-cü ilin oktyabrın 10-da 100 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Rəsul Rasim oğlu Hüseynlidir. MMC-nin hüquqi ünvanı "8-ci km Ticarət Mərkəzi" ilə eyni məkanda - paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 38 K ünvanında yerləşir.