İki bacı çayda boğulub öldü
Digərləri 17 Tem 2025 20:00:00 88 0
Türkiyədə iki bacı çayda boğulub.
Bu haberi de oku: Nərimanovda 1 saat işıq olmayacaq
Hadisə Şanlıurfanın Birecik qəsəbəsində baş verib.
Ailəsi ilə Fərat çayının sahilində dincələn 17 yaşlı Sevgi Arslan və 13 yaşlı Beyza Nur Arslan sərinləmək üçün suya giriblər. Onların boğulduqlarını görən ətrafdakılar qızları sudan çıxarıblar. Xəstəxanaya yerləşdirilən Beyza Nur ilk müdaxiləyə baxmayaraq, həmin gün ölüb. Onun bacısı Sevgi Arslan isə bu gün səhər saatlarında xəstəxanada keçinib.
Meyitlər dəfn olunmaları üçün ailəsinə təhvil verilib./Lent.az Son.az
Kaynak: milli.az