Bakıda bəzi ərazilərdə su təchizatında çətinliklər müşahidə olunur RƏSMİ


Digərləri 17 Tem 2025 21:25:00 61 0

Bakıda bəzi ərazilərdə su təchizatında çətinliklər müşahidə olunur  RƏSMİ

Bakının Suraxanı rayonu, Əliheydər Qarayev küçəsində (M.Seyidzadə) su təchizatında təzyiqlə bağlı müvəqqəti çətinliklər müşahidə olunur.

Son.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı müvafiq rayon sukanal idarəsinin mütəxəssisləri tərəfindən səbəblər araşdırılır və problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Tezliklə abonentlərin su təchizatı əvvəlki rejim üzrə bərpa olunacaq.