Avtomobilinizdə batıqlar var? Ustaya getmədən özünüz belə bərpa edin
Digərləri 17 Tem 2025 09:40:00 70 0
Hər sürücünün bilməli olduğu praktik üsul – sadəcə qaynar su və təmizləyici pompa ilə!
Bu haberi de oku: Ağır QƏZA: ölənlər və yaralılar var
Avtomobilinizin kapotunda, qapısında və ya başqa hissəsində xoşagəlməz bir batıq görmüsünüzsə, dərhal ustaya qaçmağa tələsməyin. Əl altında olan sadə vasitələrlə bu problemi özünüz də asanlıqla aradan qaldıra bilərsiniz.
Bəli, bu mümkündür!
Son.az bu bununla bağlı bir hiyləni sizə təqdim edir:
Nə etmək lazımdır?
Qaynar su hazırlayın, batığın olduğu yerə diqqətlə tökün. Bu, metalın bir qədər yumşalmasına və formaya daha rahat qayıtmasına kömək edir.
Təmizləyici pompa (vantuz) götürün, mətbəxdə və ya hamamda istifadə etdiyiniz bu sadə əşya ilə batığın üzərinə yüngülcə basaraq hava çəkməyə çalışın.
Çəkin və buraxın. Çox vaxt metal əvvəlki formasına qayıdır və batıq yox olur.
Əgər batıq dərin deyilsə, bu üsulla nəticə alma ehtimalınız olduqca yüksəkdir. Bahalı təmir işlərinə pul xərcləmədən, bir neçə dəqiqədə avtomobilinizi əvvəlki görünüşünə qaytara bilərsiniz.
Qeyd edək ki, bu üsul kiçik və səthi batıqlar üçün effektivdir. Dərin zədələrdə və ya boya çatlarında tətbiq olunması tövsiyə olunmur. Hər ehtimala qarşı mütəxəssisə müraciət etməyi unutmayın.
Kənan Son.az