Şüvəlanda bir nəfər dənizdə batdı
Digərləri 17 Tem 2025 20:22:00 76 0
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu haberi de oku: Mükəmməl olmağa çalışmaq psixoloji problemdir?
Son.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Son.az
Kaynak: milli.az