Ucarda ağır qəza: 4 nəfər yaralandı


Digərləri 17 Tem 2025 22:23:00 103 0

Ucarda ağır qəza: 4 nəfər yaralandı

Ucar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Son.az-ın Teleqraf-a istinadən məlumatına görə, qəza Qaradağlı kəndi istiqamətində baş verib.

İki minik avtomobilinin toqquşması nəticəsində 3-ü Ucar rayonu, 1-i isə Sumqayıt şəhəri sakini olmaqla dörd nəfər xəsarət alıb.

Yaralılar 1979-cu il təvəllüdlü Kəmalə Rəsulova, 1993-cü il təvəllüdlü İlkin Rəsulov, 1972-ci il təvəllüdlü Pərvanə Rəsulova və 1991-ci il təvəllüdlü Şərqiyə Quliyeva yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.