DTXnin saxladığı Talışxanovun məhkəməsi başladı


Digərləri 17 Tem 2025 17:37:00 85 0

DTXnin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Son.az xəbər verir ki, Talışxanovun barəsində DTX-nin İstintaq baş idarəsində aparılan ilkin araşdırma yekunlaşıb. Toplanmış dəlil və sübutlar hüquqi qiymət verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İlk iclasda təqsirləndirilən şəxsin şəxsi məlumatları dəqiqləşdirilib. İşdə qanun pozuntuları aşkar edilmədiyindən iş baxışa verilib.

Məhkəmənin baxış iclası iyulun 30-u keçiriləcək.