Yay kafeləri sağlamlıq üçün təhlükəlidir bu qidalardan xüsusilə uzaq durmalısınız
Digərləri 18 Tem 2025 04:04:00 79 0
Açıq hava kafelərinin fəallaşdığı yay mövsümündə zəhərlənmə hallarının artdığı bildirilir.
Bu haberi de oku: Şüvəlanda bir nəfər dənizdə batdı
Son.az xəbər verir ki, Roskaçestvo Qida Təhlükəsizliyi Kompetensiya Mərkəzinin rəhbəri Yelena Spetsenko bu barədə Lenta.ru-ya danışıb.
Onun sözlərinə görə, açıq havada fəaliyyət göstərən kafelərin əsas problemi temperatur rejiminin pozulmasıdır. İsti şəraitdə ət və balıq yeməkləri, süd məhsulları və mayonezli salatlar bakteriyaların sürətlə çoxalması üçün ideal mühit yaradır. Belə yeməklərin təhlükəsiz saxlama müddəti qapalı məkanla müqayisədə dəfələrlə azalır.
Spetsenko əlavə edib ki, digər təhlükə mənbəyi içkilərdə istifadə olunan buzdur. Bir çox müəssisədə buz generatorlarının gigiyenik təmizliyi və suyun keyfiyyəti yoxlanılmır ki, bu da zəhərlənmə riskini artırır.