Bakıda klinika direktoru olan əri tərəfindən güllələnən qadının


Digərləri 17 Tem 2025 18:13:00 66 0

Bakıda klinika direktoru olan əri tərəfindən güllələnən qadının

Bakıda klinika direktoru olan əri tərəfindən güllələnən 1987-ci il təvəllüdlü qadının vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Son.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə iyulun 16-da saat 13:30 radələrində baş verib. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən təcili çağırış daxil olub:

"Zərərçəkmiş əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti hazırda orta ağır qiymətləndirilir", - deyə məlumatda qeyd edilib.